İki azərbaycanlı vitse-prezidentə BP-də daha yüksək vəzifə verildi

İki azərbaycanlı vitse-prezidentə BP-də daha yüksək vəzifə verildi BP şirkətinin qlobal strukturunda etdiyi dəyişikliklərin bir hissəsi olaraq bir sıra yüksək vəzifəli Azərbaycanlı kadrlar şirkətdə yeni daha böyük vəzifələrə təyin olunublar.
Energetika
15 May , 2020 12:21
İki azərbaycanlı vitse-prezidentə BP-də daha yüksək vəzifə verildi
0 : 00
0 : 00

BP şirkətinin qlobal strukturunda etdiyi dəyişikliklərin bir hissəsi olaraq bir sıra yüksək vəzifəli Azərbaycanlı kadrlar şirkətdə yeni daha böyük vəzifələrə təyin olunublar.

Bu barədə “Report”a “BP-Azerbaijan” şirkətindən bildirilib.

Hazırda şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda insan resursları üzrə vitse-prezidenti olan Nərminə Nəbiyeva BP-nin London ofisində dəstək funksiyaları, strategiya və davamlılıq, regionlar, şəhərlər və həllər bölümlərinin insanlar və korporativ mədəniyyət üzrə baş vitse-prezidenti vəzifəsinə təyin olunub.

Eyni zamanda, hazırda regionun əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli daha geniş coğrafiyada kommunikasiya və təşviqat üzrə məsələlərə rəhbərlik edəcək. Bəxtiyar Aslanbəylinin yeni vəzifəsi Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidentdir. Bu ölkələrə Azərbaycan, Gürcüstan, Türkiyə, İraq, Oman, Küveyt və BƏƏ daxildir.

Hər iki vitse-prezident yeni vəzifələrinin icrasına iyulun 1-dən başlayacaq.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib ki, onlar regionun rəhbər komandasında şirkətin biznesinin uğuruna böyük töhfələr vermiş yüksək vəzifəli kadrlardır: "Biz onları yeni daha məsuliyyətli vəzifələrdə görməkdən çox məmnunuq. Bu bir daha onu göstərir ki, Azərbaycanlı peşəkarlara qlobal şirkətlərdə beynəlxalq səviyyəli kadrlar kimi tələbat var. Hər iki həmkarımıza BP-dəki yeni vəzifələrində uğurlar diləyirik”.

Nərminə Nəbiyeva
Nərminə Nəbiyeva

Son xəbərlər

Orphus sistemi