George Satlas: “IGB ilə hidrogen qarışıqlarının nəqli regiondakı operatorlardan asılıdır”

George Satlas: “IGB ilə hidrogen qarışıqlarının nəqli regiondakı operatorlardan asılıdır” Azərbaycan təbii qazını nəql edən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) ilə gələcəkdə hidrogen qarışıqlarının nəqli ilə bağlı imkanların dərindən araşdırılması nəzərdə tutulur.
Energetika
19 Yanvar , 2024 10:53
George Satlas: “IGB ilə hidrogen qarışıqlarının nəqli regiondakı operatorlardan asılıdır”

Azərbaycan təbii qazını nəql edən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) ilə gələcəkdə hidrogen qarışıqlarının nəqli ilə bağlı imkanların dərindən araşdırılması nəzərdə tutulur.

Bunu “Report”a açıqlamasında ICGB-nin icraçı direktoru George Satlas deyib.

“Bu istiqamətdə bazar marağı və tələb artmaqdadır. Təbii qazla qarışdırılacaq məhsulun daşınması üçün istifadə oluna bilən yaxşı əlaqəyə malik infrastrukturun təmini regiondakı Transmissiya Xidmətləri Operatorları (TSO) ilə birgə həyata keçirilməlidir”, - deyə o bildirib.

IGB-nin 1 il ərzində fəaliyyətinə toxunan IGB-nin icraçı direktoru qeyd edib ki, 2022-ci ilin oktyabrın 1-dən interkonnektor kommersiya fəaliyyətinin ilk ilini hər hansı qəza olmadan icra edib.

Qeyd edək ki, 2021-ci ildə keçirilən tədqiqatın yekunlarına görə, IGB-nin qoşulduğu Trans-Adriatik Boru Kəməri (TAP) potensial olaraq hidrogen qarı­şığını nəql edə biləcəyi tam təsdiqlənib. Artıq bu ay obyektlərin sınaqdan keçirilməsinə başlanılacaq və boru kəmərinin dəniz hissəsi ilə ilk nəticələrin 2024-cü ilin ikinci rübünün əvvəlinə əldə olunacağı gözlənilir. İnfrastruktur ilk öncə hidrogenin təbii qazla qarışıq formasında nəqlini təmin etmək məqsədilə in­kişaf etdiriləcək.

Xatırladaq ki, 2022-ci ilin oktyabrın 1-dən fəaliyyətə başlayan IGB layihəsi 2011-ci ildə Bolqarıstanda qeydiyyatdan keçmiş “ICGB AD” investisiya şirkəti tərəfindən Bolqarıstanın Enerji Holdinqi (50 %) və Yunanıstanın “IGI Poseidon” (50 %) şirkətinin səhmdarları ilə birlikdə reallaşdırılır.

Ümumi uzunluğu 182 km, illik ötürmə qabiliyyəti 3-5 milyard kubmetr həcmində olan IGB-nin 150 km-lik hissəsi Bolqarıstan ərazisinə düşür.

2023-cü ildə Bolqarıstana 1,39 milyard kubmetr, Yunanıstana 0,67 milyard kubmetr Azərbaycan təbii qazı nəql olunub.

Son xəbərlər

Orphus sistemi