Energetika naziri Pərviz Şahbazov: "Azərbaycan bütün öhdəliklərinə çox ciddi yanaşır"

Energetika naziri Pərviz Şahbazov: "Azərbaycan bütün öhdəliklərinə çox ciddi yanaşır" Azərbaycan OPEC ölkələri nazirlərinin noyabr iclasında iştirak edə bilər
Energetika
20 Oktyabr , 2017 10:46
Energetika naziri Pərviz Şahbazov: Azərbaycan bütün öhdəliklərinə çox ciddi yanaşır
Energetika naziri Pərviz Şahbazov / Report/ Firi Salim

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycan özünün bütün öhdəliklərinə, o cümlədən OPEC qarşısında götürdüyü öhdəliklərə çox ciddi yanaşır.

"Report" xəbər verir ki, bunu Azərbaycanın yeni energetika naziri Pərviz Şahbazov deyib. 

P.Şahbazov OPEC çərçivəsində noyabrda görüş olacağınl bildirib: "Noyabrda nazirlər səviyyəsində iclas olacaq. Əgər biz də dəvət edilsək və rəhbərlikdən razılıq alsaq, iştirak edəcəyik".

Nazir deyib ki, Azərbaycan neft qiymətlərinin sabit olmasında maraqlıdır. 

O həmçinin, yol xəritələri ilə bağlı danışarkən deyib ki, bu xəritələrin reallaşmasında nazirliyin qarşısında bir sıra öhdəlik qoyulub: "Kommunal xidmətlər sahəsində nazirlik qarşısında cəmi 20 tədbirin keçirilməsi öhdəlik kimi qoyulub. Bu il üçün isə 8 tədbirin görülməsi nəzərdə tutulub".

P.Şahbazov əlavə edib ki, Azərbaycanda artıq uzun illərdir islahatlar aparılır və bu islahatların nəticələri çox mötəbər beynəlxalq təşkilatların hesabatlarında əksini tapır. Bununla yanaşı, nazir energetika sahəsində bir çox çağırışların olduğunu da qeyd edib: "Bu çağırışlara cavab vermək üçün hər zaman dəyişikliyə ehtiyac var. Əgər bu yolda dəyişikliyə, islahata ehtiyac olsa, biz buna gedəcəyik".

Son xəbərlər

Orphus sistemi