Energetika naziri Masallıda vətəndaşları qəbul edib
Energetika
- 23 yanvar, 2026
- 15:07
Energetika naziri Pərviz Şahbazov Masallı rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, qəbulda vətəndaşların elektrik enerjisi və təbii qaz təchizatı, elektrik təsərrüfatının yenilənməsi, qaz xətlərinin istismar vəziyyəti, qazdan istifadəyə görə borcun yaranması, elektrik enerjisinin keyfiyyəti, işlə təminat və digər məsələlərə dair müraciətləri dinlənilib.
Qaldırılan məsələlərin mövcud normativ-hüquqi aktlara uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.
Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Masallı, Lənkəran, Astara və Cəlilabad rayonlarından olan 17 vətəndaş iştirak edib.
Son xəbərlər
04:34
Azərbaycan BMT-də beynəlxalq hüququn ardıcıl tətbiqinə çağırış edib
Xarici siyasət04:12
Ağ Ev: Vatikanın Sülh Şurasında iştirakdan imtinası təəssüf doğurur
Digər ölkələr03:34
Gürcüstanın xarici işlər naziri: Aİ-nin Tbilisiyə təzyiqi səhvdir
Region03:07
KİV: ABŞ bütün qoşunlarını Suriyadan çıxarır
Digər ölkələr02:51
Peşekian: İran müharibə etmək istəmir
Region02:17
Foto
Leyla Əliyeva Tiranada Albaniya Prezidenti Bayram Beqay ilə görüşüb
Xarici siyasət01:59
Çempionlar Liqası: "İnter" səfərdə məğlub olub, "Atletik" heç-heçə edib
Futbol01:52
Tramp Starmerdən Dieqo-Qarsiyaya nəzarəti Mavrikiyə verməməyi tələb edib
Digər ölkələr01:20