Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı İğdırda saxlanılıb

Hadisə
  • 05 fevral, 2026
  • 11:17
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı İğdırda saxlanılıb

Türkiyədə barəsində müxtəlif cinayətlər üzrə 43 il 3 ay 10 gün müddətinə qiyabi olaraq azadlıqdan məhrumetmə hökmü çıxarılaraq beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı İğdır vilayətində tutulub.

"Report"un Naxçıvan bürosu xəbər verir ki, bu barədə məlumat Türkiyə KİV-də yayılıb.

Qeyd olunub ki, insan alveri, habelə şəxsi fahişəliyə təşviq etmə, buna məcbur etmə, vasitəçilik və yer təmin etmə cinayətlərinə görə barəsində 43 il 3 ay 10 gün müddətinə qiyabi həbs cəzası və 12 min 480 lirə (təqribən 487 manat) məbləğində cərimə hökmü çıxarılmış N.S. (53 yaş) İğdır–Naxçıvan avtomobil yolunda keçirilən qəfil yoxlama zamanı şübhə əsasında saxlanılan nəqliyyat vasitəsində aşkarlanıb.

Saxlanılan şəxs müvafiq istintaq-əməliyyat tədbirlərindən sonra tutularaq cəzaçəkmə müəssisəsinə təhvil verilib.

Son xəbərlər

Bütün Xəbər Lenti