BP Azərbaycanda sosial layihələrə xərclərini 4 dəfə artırıb

Energetika
  • 10 may, 2024
  • 11:21
BP Azərbaycanda sosial layihələrə xərclərini 4 dəfə artırıb

Bu ilin yanvar-mart aylarında BP şirkəti və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları sosial investisiya layihələrinə Azərbaycanda 0,2 milyon ABŞ dollarından artıq vəsait xərcləyiblər.

“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından I rübün nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bildirilir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,5 milyon ABŞ dolları və ya 3,5 dəfə azdır.

Bu layihələrə hazırda davam edən 13 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 3 layihə və ətraf mühit üzrə 1 təşəbbüs daxildir.

Bundan əlavə, BP ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə təxminən 0,4 milyon ABŞ dolları vəsait xərcləyib ki, bu da 2023-ci ilin eyni dövrü ilə müqayisədə 0,3 milyon ABŞ dolları və ya 4 dəfə çoxdur. Bu layihələrə hazırda davam edən 11 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ətraf mühit üzrə 4 təşəbbüs, ölkənin zəngin mədəni irsini və idmanı təbliğ edən 1 layihə və müxtəlif mövzularda 2 konfrans və seminara dəstək fəaliyyəti daxildir.

Son xəbərlər

Bütün Xəbər Lenti