Bolqarıstanlı ekspert: Azərbaycanla ikitərəfli münasibətlərin əsasında enerji sahəsində əməkdaşlıq dayanır

Bolqarıstanlı ekspert: Azərbaycanla ikitərəfli münasibətlərin əsasında enerji sahəsində əməkdaşlıq dayanır Azərbaycanla ikitərəfli münasibətlərdə enerji sahəsində əməkdaşlıq əsas yer tutur.
Energetika
8 May , 2024 12:58
Bolqarıstanlı ekspert: Azərbaycanla ikitərəfli münasibətlərin əsasında enerji sahəsində əməkdaşlıq dayanır

Azərbaycanla ikitərəfli münasibətlərdə enerji sahəsində əməkdaşlıq əsas yer tutur.

Bunu “Report”a açıqlamasında politoloq, Bolqarıstan Siyasət Məktəbinin icraçı direktoru İvan Naçev deyib.

“Keçən il Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) kommersiya istismarına verilib və bunun sayəsində ölkəmiz razılaşdırılmış Azərbaycan təbii qaz həcmlərini tam həcmdə almağa başlayıb”, - o xatırladıb.

Onun sözlərinə görə, Bolqarıstan və Yunanıstan arasındakı interkonnektor, eləcə də “Həmrəylik halqası” layihəsi Balkan regionunun enerji təhlükəsizliyinin artırılmasına töhfə verib:

“Həmrəylik halqası” layihəsi isə Azərbaycandan artan qaz həcmlərinin ötürülməsi üçün ən sürətli effektiv həll yoludur”.

O əlavə edib ki, bu layihə Azərbaycandan gələcəyin enerjisinin – “yaşıl hidrogen”in tədarükü üçün hər cür şəraitə malikdir.

İ.Naçev ölkələr arasında humanitar sahədə əməkdaşlıq məsələlərinə də toxunub: “Son illər ərzində siyasi əlaqələrin inkişafı ilə yanaşı, humanitar əlaqələr də inkişaf edib. İki ölkə arasında təhsil sahəsində də yaxşı əməkdaşlıq qurulub”.

Ekspert qeyd edib ki, buna misal olaraq Bakı Slavyan Universitetində fəaliyyət göstərən Bolqar Dili və Mədəniyyəti Mərkəzini və Sofiya Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzini göstərmək olar: “Bunlar iki ölkə arasında əsl “bilik və mədəni əlaqələrin səfirləri”dir”.

Son xəbərlər

Orphus sistemi