BAEA rəhbəri Kursk AES-dəki vəziyyəti qiymətləndirmək üçün bölgəyə səfər edib

BAEA rəhbəri Kursk AES-dəki vəziyyəti qiymətləndirmək üçün bölgəyə səfər edib Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi Kursk atom elektrik stansiyasındakı (AES) vəziyyəti qiymətləndirmək üçün Kurçatov şəhərinə səfərə gəlib.
Energetika
27 Avqust , 2024 11:44
BAEA rəhbəri Kursk AES-dəki vəziyyəti qiymətləndirmək üçün bölgəyə səfər edib

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi Kursk Atom Elektrik Stansiyasındakı (AES) vəziyyəti qiymətləndirmək üçün Rusiyanın Kurçatov şəhərinə səfər edib.

“Report” xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

İclasda Rusiya tərəfini Kurçatov şəhərinin rəhbəri İqor Korpunkov və Kursk AES-in direktoru Aleksandr Uvakin təmsil edir.

Məlumata görə, Qrossi AES rəhbərləri ilə stansiyada nüvə təhlükəsizliyinin təmin edilməsi üçün atılan addımları təhlil etməyi planlaşdırır. O, obyektin kənardan enerji ilə təchiz edilməsi məsələsini də tədqiq etmək niyyətindədir.

R.Qrossi Kurskdan sonra Kiyevə səfər edəcək. Burada o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparmaq niyyətindədir.

Son xəbərlər

Orphus sistemi