“Azərişıq” 100 yaşayış məntəqəsində elektrik enerjisi itkilərini azaldır

“Azərişıq” 100 yaşayış məntəqəsində elektrik enerjisi itkilərini azaldır “Azərişıq” ASC elektrik enerjisi itkilərini azaltmaq və aradan qaldırmaq məqsədlə itkiləri yüksək olan 100 yaşayış məntəqəsi seçib.
Energetika
23 May , 2024 18:29
“Azərişıq” 100 yaşayış məntəqəsində elektrik enerjisi itkilərini azaldır

“Azərişıq” ASC elektrik enerjisi itkilərini azaltmaq və aradan qaldırmaq məqsədlə itkiləri yüksək olan 100 yaşayış məntəqəsi seçib.

“Report”un quruma istinadən verdiyi məlumata görə, həmin yaşayış məntəqələrdən 95 kənd və 1 qəsəbə üzrə 10/6/0,4 kV çıxış xətlərinin yenidən qurulması işləri tam başa çatdırılıb, digər məntəqələrdə isə işlər davam etdirilir.

Yenidənqurma işləri nəticəsində 100 yaşayış məntəqəsini qidalandıran 10/6 kV-luq çıxış xətlərində 2022-ci ilə nisbətən 2023-cü ildə ümumi enerji itkisi (texnoloji itkilər nəzərə alınmadan) 20,6 milyon kVt/saat azaldılıb. Mütəmadi olaraq elektrik şəbəkələrində itkiləri yüksək olan ərazilər üzrə təhlillər aparılır və baş verənlərin aradan qaldırılması üçün tədbirlər hazırlanır.

Bakı və Regional RETSİ-lər üzrə elektrik şəbəkələrində itkisi çox olan 10/6 kV-lıq transfotmatorların çıxışına baxış keçirilib, abonentlərin transformatorlara bağlantılarında olan kənarlaşmalar, həddindən artıq yüklənmiş transformatorlar müəyyən edilmiş və görülən işlərlə bağlı müvafiq sənədləşmələr aparılıb.

Bildirilir ki, müasir texnologiyaların və innovativ metodların tətbiqi ilə əlaqədar olaraq, “Azərişıq” “Azərenerji” ASC və müstəqil enerji istehsalçılarından aldığı enerjinin ölçülməsi məqsədilə balans nöqtələrində müasir uçot cihazları olan “Luna KSM-50” tipli nəzarət sayğaclarının və AMR qurğularının quraşdırılması işinə başlayıb və hazırda bu tədbirlər davam etdirilir.

Eyni zamanda "ağıllı" şəbəkələrin qurulması istiqamətində pilot layihə olaraq Nəsimi elektrik şəbəkəsində yarımstansiya və transformator məntəqələrində onlayn balans sisteminin qurulması məqsədi ilə balans sayğaclarına modemlərin quraşdırılması işləri aparılıb.

Görülən işlərin məntiqi nəticəsi olaraq "Azərişıq" ASC-nin şəbəkələrində 2021-2023-cü illər ərzində alınan elektrik enerjisinin faydalı hissəsinə görə enerji itkiləri 182,15 milyon kVt/saat azaldılıb.

Qeyd edək ki, enerji itkilərinin azaldılması, enerji səmərəliliyinin artırılması və paylayıcı şəbəkələrin istismar xərclərinin minimuma endirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. İtkilər, yeni və daha səmərəli transformatorların quraşdırılması, rəqəmsal yarımstansiyaların tikilməsi, paylayıcı şəbəkələrin daha yüksək gərginlikdə çalışdırılması, cərəyan daşıma qabiliyyətinin azaldıması, güclərin proporsional bölüşdürülməsi və s. kimi tədbirlər vasitəsilə azaldıla bilər. İtkilərin azaldılması yolunda mühüm bir addım smart (ağıllı) sayğacların quraşdırılması işinin sürətləndirilməsidir, çünki bu sayğacların tətbiqi zamanı sayğac oxuma xətaları azalır və eyni zamanda qanunsuz qoşulmaların və müdaxilələrin aşkarlanması xeyli asanlaşır. Bu da öz növbəsində istehlak olunan elektrik enerjisinin həcminin daha dəqiq ölçülməsinə imkan yaradır.

Son xəbərlər

Orphus sistemi