“Azərenerji” Rusiyanın dövlət enerji şirkəti ilə əməkdaşlıq edəcək

“Azərenerji” Rusiyanın dövlət enerji şirkəti ilə əməkdaşlıq edəcək Bakı. 3 oktyabr. REPORT.AZ/ Sabah Moskvada “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forum çərçivəsində Azərbaycanla Rusiya arasında elektroenergetika sahəsində əməkdaşlığa dair işçi qrupunun iclası keçiriləcək.
Energetika
3 Oktyabr , 2018 09:57
“Azərenerji” Rusiyanın dövlət enerji şirkəti ilə əməkdaşlıq edəcək
0 : 00
0 : 00

Bakı. 3 oktyabr. REPORT.AZ/ Sabah Moskvada “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forum çərçivəsində Azərbaycanla Rusiya arasında elektroenergetika sahəsində əməkdaşlığa dair işçi qrupunun iclası keçiriləcək. 

Bu barədə “Report”a Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İclasda yüksək gərginlikli elektrikötürücü xəttin ikinci növbəsinin tikintisi, “Samur” çayının hidroenergetik resurslarının öyrənilməsi, Rusiyanın “Vahid Enerji Sisteminin Sistem Operatoru” SC ilə “Azərenerji” ASC arasında əməkdaşlıq, iki ölkə arasında rabitə kanallarının təkmilləşdirilməsi və s. məsələlərin müzakirəsi nəzərdə tutulub.

Azərbaycan tərəfdən işçi qrupuna nazir müavini Natiq Abbasov, Rusiya tərəfdən isə bu ölkənin energetika nazirinin müavini Anatoli Yanovski başçılıq edir.

Son xəbərlər

Orphus sistemi