Azərbaycandakı bərpa olunan enerji layihələrində Almaniya şirkətlərinin iştirakı müzakirə olunub

Azərbaycandakı bərpa olunan enerji layihələrində Almaniya şirkətlərinin iştirakı müzakirə olunub Azərbaycan və Almaniya arasında iqtisadi əlaqələrin vəziyyəti, Xəzər dənizində külək enerjisinin böyük potensialından istifadə, bərpa olunan enerji layihələrində alman şirkətlərinin iştirakı, yaşıl hidrogen sahəsində təşəbbüslər, yaşıl enerji dəhlizləri i
Energetika
19 Noyabr , 2024 10:59
Azərbaycandakı bərpa olunan enerji layihələrində Almaniya şirkətlərinin iştirakı müzakirə olunub

Azərbaycan və Almaniya arasında iqtisadi əlaqələrin vəziyyəti, Xəzər dənizində külək enerjisinin böyük potensialından istifadə, bərpa olunan enerji layihələrində alman şirkətlərinin iştirakı, yaşıl hidrogen sahəsində təşəbbüslər, yaşıl enerji dəhlizləri infrastrukturlarının inkişafı istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.

"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində Almaniyanın vitse-kansleri, iqtisadi məsələlər və iqlim fəaliyyəti üzrə federal naziri Robert Habek ilə görüşüblər.

Görüşdə Azərbaycanın Avropa İttifaqı ölkələri, həmçinin Almaniya ilə iqtisadi əlaqələrə, o cümlədən yaşıl enerji təhlükəsizliyinin təmin edilməsində əməkdaşlığa önəm verdiyi vurğulanıb. Ölkələr arasında ticarət, investisiya, alternativ enerji, iqlim fəaliyyəti, azad olunan ərazilərin bərpasında iştirak və digər istiqamətlər üzrə tərəfdaşlıq imkanları qeyd olunub.

Son xəbərlər

Orphus sistemi