Azərbaycanda neft hasilatı bir ildə 8 %-dək azalıb

Azərbaycanda neft hasilatı bir ildə 8 %-dək azalıb 2020-ci ilin sonuna Azərbaycanda xam neft hasilatı 35,1 milyon ton təşkil edib
Energetika
12 İyul , 2021 15:26
Azərbaycanda neft hasilatı bir ildə 8 %-dək azalıb

2020-ci ilin sonuna Azərbaycanda xam neft hasilatı 35,1 milyon ton təşkil edib.

Bu barədə “Report” BP şirkətinin hər il dərc etdiyi dünya energetikası üzrə statistik icmalına istinadən xəbər verir.

Məlumata görə, bu, 2019-cu ilin göstəriciləri ilə müqayisədə 7,9 % azdır.

Qeyd edək ki, 2019-cu ilin sonuna olan göstəricilərə əsasən, Azərbaycanda xam neft hasilatı 38 milyon ton təşkil edib.

Hesabata əsasən, 2010-ci illin sonuna ölkədə xam neft hasilatı 51,3 milyon ton, 2011-ci ildə 46,1 milyon ton, 2012-ci ildə 43,7 milyon ton, 2013-cü ildə 43,8 milyon ton, 2014-cü ildə 42,5 milyon ton, 2015-ci ildə 42 milyon ton, 2016-cı ildə 41,4 milyon ton, 2017-ci ildə 39,1 milyon ton, 2018-ci ilin yenkunlarına əsasən isə ölkədə neft 39,2 milyon ton təşkil edib.

Son xəbərlər

Orphus sistemi