Azərbaycanda karbon bazarları sahəsində qanunvericilik bazası hazırlanıb

Azərbaycanda karbon bazarları sahəsində qanunvericilik bazası hazırlanıb Azərbaycanda karbon bazarları sahəsində qanunvericilik bazası artıq demək olar hazırdır.
Energetika
3 Oktyabr , 2024 18:05
Azərbaycanda karbon bazarları sahəsində qanunvericilik bazası hazırlanıb

Azərbaycanda karbon bazarları sahəsində qanunvericilik bazası artıq demək olar hazırdır.

"Report" xəbər verir ki, bunu energetika nazirinin müavini, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş icraçı direktoru Elnur Soltanov "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 4-cü günündə deyib.

Onun sözlərinə görə, Azərbaycanda karbon bazarları və karbon qiymətləndirilməsi yönündəki prosesi daha da sürətləndirmək üçün iki əsas məsələ üzərində işlənilir: “Bu, tənzimləyici və qanunverici bazanın qurulması və texniki infrastrukturun yaradılması üzərində işin aparılmasından ibarətdir. Hər iki məsələ bizim üçün kritik xarakter daşıyır. Bu istiqamətdə istədiyimiz keyfiyyəti təmin etməyə artıq çox yaxınıq”.

O qeyd edib ki, İqtisadiyyat Nazirliyi bu istiqamətdə çox ciddi bir iştirakçıdır və prosesə töhfə verir: “İnfrastruktur baxımından da artıq müəyyən sistemlər mövcuddur. Söhbət ilk növbədə karbon bazarı və karbon qiymət qoyması ilə bağlı texnoloji infrastrukturun yaradılmasından gedir”.

Karbon bazarları və karbon qiymət qoyma ilə bağlı problemlərə toxunaraq Elnur Soltanov bildirib ki, bunlar konkret ölkəyə bağlıdır: "Bu yöndə icra olunan məsələlərlə bağlı çox kəskin əyrilər mövcuddur. Bu baxımdan maarifləndirmənin, təlimlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Karbon bazarları ilə bağlı çətinliklər eyni zamanda birtərəfli addımlarla bağlıdır. Onlar bəzən müəyyən problemlər yarada bilər. Bu cür addımlar qısamüddətli perspektivdə təsirin yumşaldılması baxımından kömək etsə də digər tərəfdən başqa ölkələr üçün də suallar yarada bilər".

Son xəbərlər

Orphus sistemi