Azərbaycanda Enerji Səmərəliliyi Fondu yaradılır

Energetika
  • 15 iyul, 2022
  • 12:55
Azərbaycanda Enerji Səmərəliliyi Fondu yaradılır

Hazırda Azərbaycan hökuməti “Bərpa olunan enerji və enerji səmərəliliyi haqqında” qanunda nəzərdə tutulduğu kimi, Enerji Səmərəliliyi Fondunun yaradılması və fəaliyyətə başlaması üzərində işləyir.

"Report" xəbər verir ki, bu barədə Dünya Bankı Qrupunun (DB) apardığı 2022-ci il üçün Azərbaycanda Sistematik Ölkə Diaqnostikası (SCD) hesabatında deyilir.

Hesabata əsasən, son illər Azərbaycanın bir çox sektorlarında “yaşıl keçid”ə hazırlıqla bağlı irəliləyişlər var: “Enerji sektorunda 2021-ci ildə “Bərpa olunan enerji və enerji səmərəliliyi haqqında” Qanun qəbul edilib, “Elektrik enerjisi bazarı haqqında” qanun layihəsi isə qəbul olunmasının son mərhələsindədir.

Hökumət 2030-cu ilə qədər bərpa olunan enerji potensialının payını 30 %-ə çatdırmağı qarşısına məqsəd qoyub. Ancaq, Azərbaycan faydalı qazıntı yanacağı ixracından yüksək asılılığına və resurs icarəsinin yüksək qiymətinə görə “yaşıl keçid”ə daha az hazırdır. Bu da onu yüksək həssaslıq mövqeyinə qoyur və “yaşıl keçid” üçün struktur transformasiyası üçün lazım olan təsirlərə və çətinliklərə qarşı aşağı dayanıqlılığa malikdir".

Dünya Bankının iqtisadçılarının fikrincə, dayanıqlığın aşağı olması həm də Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində infrastrukturunun və iqlimə davamlı infrastrukturunun inkişaf etməməsi, qeyri-neft sektorlarına investisiyaların az olması və məhdud insan kapitalı ilə bağlıdır.

Son xəbərlər

Bütün Xəbər Lenti