Azərbaycan yanvarda "OPEC+" kvotasından gündəlik 92 min barel geri qalıb
Energetika
- 11 fevral, 2026
- 17:13
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 459 min barel təşkil edib.
"Report" bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, ötən ay Azərbaycanda gündəlik neft hasilatı dekabr ayı ilə müqayisədə eyni olub.
Hesabata əsasən, "OPEC+" razılaşması çərçivəsində Azərbaycanın 2026-cı il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, yanvarda faktiki hasilat 92 min barel geriləyib.
Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 466 min barel, ikinci rübündə 461 min barel, üçüncü və dördüncü rüblərdə isə 459 min barel təşkil edib.
2025-ci ildə ölkədə gündəlik neft hasilatı orta hesabla 461 min barel olub.
Азербайджан в январе отставал от квоты ОПЕК+ на 92 тыс. б/с
Azerbaijan lagged behind OPEC+ quota by 92,000 barrels per day in January
Son xəbərlər
20:54
Milibend: London Moskva ilə yüksək səviyyədə dialoqu bərpa etmək niyyətində deyil
Digər ölkələr
20:42
Foto
Azərbaycan-Monteneqro iqtisadi əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Maliyyə
20:29
Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb
Digər ölkələr
20:26
İsveç parlamenti Kristerssonun Baş nazir vəzifəsində qalması məsələsini səsverməyə çıxaracaq
Digər ölkələr
20:11
Foto
Video
"Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib
Futbol
20:08
Foto
Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub
Region
19:58
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ olub
Region
19:57
"Barselona"nın baş məşqçisi: "Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar"
Futbol
19:42
Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Hadisə