Azərbaycan oktyabrda "OPEC+" kvotasından gündəlik 90 min barel geri qalıb
Energetika
- 12 noyabr, 2025
- 17:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin oktyabr ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 461 min barel təşkil edib.
"Report" bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, ötən ay Azərbaycanda gündəlik neft hasilatı sentyabr ayı ilə müqayisədə 2 min barel azdır.
Hesabata əsasən, "OPEC+" razılaşması çərçivəsində Azərbaycanın bu il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, oktyabrda faktiki hasilat 90 min barel geriləyib.
Qeyd edək ki, bu ilin birinci rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 465 min barel, ikinci rübündə isə 461 min barel, üçüncü rübdə isə 458 min barel təşkil edib.
2024-cü ildə ölkədə gündəlik neft hasilatı orta hesabla 482 min barel olub.
Son xəbərlər
23:19
Foto
Vitali Yakovlev: Azərbaycanın vençur bazarının əsas problemlərindən biri maliyyələşməyə çıxışdır
Maliyyə
22:46
İngiltərə Premyer Liqası: "Arsenal" "Mançester Siti" ilə heç-heçə edib
Futbol
22:39
Antonelli "Formula 1" üzrə Qətər Qran-prisinin qalibi olub
Formula 1
22:08
Pakistanda silahlı hücum nəticəsində on bir mədənçi öldürülüb
Digər ölkələr
21:53
ABŞ Senatı milyarderlərin vergi ödənişindəki boşluğu aradan qaldırmaq niyyətindədir
Digər ölkələr
21:44
Foto
Azərbaycanın iki qadın cüdoçusu Avropa Açıq Turnirində qızıl medal qazanıb
Fərdi
21:12
Qəbələnin bir sıra ərazilərində qaz kəsilib
Energetika
20:59
Ağ Ev qabaqcıl çiplərə ixrac məhdudiyyətlərini sərtləşdirməyi təklif edib
Digər ölkələr
20:34
İsveçrəlilər referendumda silah ixracının sadələşdirilməsini dəstəkləyib - Yenilənib-2
Digər ölkələr