Azərbaycan əhalisi 11 ayda yanacaq xərclərini 8 %-ə yaxın artırıb

Energetika
  • 11 dekabr, 2025
  • 12:25
Azərbaycan əhalisi 11 ayda yanacaq xərclərini 8 %-ə yaxın artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3 milyard 521,3 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə 7,7 % çoxdur.

Ötən 11 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 6 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 58 milyard 571,3 milyon manatlıq, o cümlədən 31 milyard 937,1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26 milyard 634,2 milyon manatlıq qeyri-ərzaq malları satılıb. Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,2 %, qeyri-ərzaq malları üzrə 6,7 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti