Almaniyadan Azərbaycana kerosin tədarükü 22 dəfə artıb
- 20 oktyabr, 2022
- 12:44
Bu ilin ilk 8 ayında Azərbaycan xaricdən 10,758 milyon ABŞ dolları dəyərində 6 min 769 ton kerosin yanacağı (reaktiv mühərriklər üçün kerosin yanacağı istisna olmaqla) alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3 dəfə, kəmiyyət olaraq – 2,2 dəfə çoxdur.
Hesabat dövründə Niderlanddan 8,975 milyon ABŞ dolları dəyərində 5 min 506 ton (bir il əvvəl tədarük olmayıb), Belçikadan 1,466 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 58,3 % azdır) 1 min 069 ton (-64,4 %), İtaliyadan 235,93 min ABŞ dolları dəyərində 178 ton (tədarük olmayıb), Almaniyadan 28,94 min ABŞ dolları dəyərində (+9,1 dəfə) 6,78 ton (+22 dəfə), Türkiyədən 16,12 min ABŞ dolları dəyərində (+5,3 dəfə) 3,1 ton (+3,8 dəfə) məhsul idxal edilib.
Ötən il Azərbaycanın xaricdən (14 ölkədən) aldığı 4 min 511 ton kerosinin 66,5 %-i Belçikanın payına düşüb.