Estoniya XİN başçısı noyabrın 27-də Bakıya gələcək

Xarici siyasət
  • 23 noyabr, 2026
  • 11:10
Estoniya XİN başçısı noyabrın 27-də Bakıya gələcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna noyabrın 27-də Bakıya gələcək.

"Report" xəbər verir ki, bu barədə Estoniya XİN məlumat yayıb.

XİN-in məlumatına görə, səfər çərçivəsində Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər planlaşdırılır. Danışıqların gündəliyinə ikitərəfli münasibətlər və Estoniyanın Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesinə dəstəyi daxildir.