Fausto Matssali: "İtaliya Azərbaycanla əməkdaşlığı yeni səviyyəyə çıxarmağa ümid edir"

Xarici siyasət
  • 23 noyabr, 2026
  • 10:56
Fausto Matssali: İtaliya Azərbaycanla əməkdaşlığı yeni səviyyəyə çıxarmağa ümid edir

İtaliya Azərbaycanla əməkdaşlığın hazırkı səviyyəsindən kənara çıxmağa can atır və əmindir ki, iki ölkə arasındakı münasibətlər inkişafın keyfiyyətcə yeni mərhələsi üçün lazım olan bütün şərtlərə malikdir.

"Report" xəbər verir ki, bunu İtaliya Sənaye Konfederasiyasının ("Confindustria") kiçik sənaye biznesi məsələləri üzrə vitse-prezidenti Fausto Matssali Bakıda keçirilən İtaliya-Azərbaycan biznes forumunda bildirib.

Vitse-prezident vurğulayıb ki, İtaliya sənayesi üçün Azərbaycan sadəcə hədəf bazar deyil, həm də yeni investisiya imkanları yaratmağın və əməkdaşlığı inkişaf etdirməyin mümkün olduğu bir ölkə olmalıdır.

"Ölkələrimiz arasında möhkəm və əhəmiyyətli iqtisadi və ticarət əlaqələri mövcuddur. Rəqəmlər sübut edir ki, əməkdaşlıq artıq yüksək səviyyəyə çatıb və daha da möhkəmlənmək potensialına malikdir. Azərbaycan həqiqətən də İtaliyanın əsas tərəfdaşlarından biridir. Bir sıra iri İtaliya şirkətlərinin sabit iştirakı əsasən iki başlıca istiqamətə: mərkəzində Trans-Adriatik Boru Kəmərinin (TAP) dayandığı enerji əməkdaşlığına və ölkənin tranzit-coğrafi mövqeyinə əsaslanan strateji münasibətlərə uyğun gəlir", - o bildirib.

F.Matssali qeyd edib ki, bu iki amil Azərbaycanı ticarət əlaqələrinin, investisiyaların və istehsal-satış zəncirlərinin inkişafı üçün imtiyazlı tərəfdaşa çevirir.

Xəbər yenilənir