Rusiyanın Ukraynaya növbəti hücumunda 6 nəfər ölüb

Digər ölkələr
  • 23 noyabr, 2026
  • 04:49
Rusiyanın Ukraynaya növbəti hücumunda 6 nəfər ölüb

Ukraynanın Kiyev vilayətinin Dımer qəsəbəsində beşmərtəbəli yaşayış binasına Rusiyanın endirdiyi zərbə nəticəsində 6 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın "24 Kanal" telekanalı məlumat yayıb.

Hadisə noyabrın 22-də səhər saatlarında Rusiyaya məxsus pilotsuz uçuş aparatının (PUA) yaşayış binasına hücumu nəticəsində baş verib. Zərbə nəticəsində beşmərtəbəli binanın girişlərindən biri dağılıb və yanğın başlayıb.

Hazırda xilasedicilər dağıntıları təmizləyir və dağıntılar altında qala biləcək şəxsləri axtarırlar.

Bundan əvvəl dağıntılar altından təxminən 14 saat qalmış 7 yaşlı oğlan uşağı xilas edilib.

Hücumun nəticələri ilə bağlı məlumat dəqiqləşdirilir.

44 filmi