Agentlik: 9 ayda təbii inhisar subyektləri ilə bağlı 276 istehlakçının müraciəti təmin edilib
- 23 noyabr, 2026
- 10:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi təbii inhisar subyektlərinin fəaliyyətinə nəzarət tədbirləri çərçivəsində 276 istehlakçının müraciətini təmin edib.
"Report" agentliyə istinadən xəbər verir ki, təmin olunmuş müraciətlər üzrə istehlakçılara qaytarılması, bərpa edilməsi və əsassız hesablandığı üçün silinməsi təmin edilmiş vəsaitin ümumi məbləği 68 min manat təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyd olunan göstərici 4 dəfəyə qədər artıb.
"Gəyata keçirilən tədbirlər istehlakçıların pozulmuş hüquqlarının bərpasına, mənafelərinin qorunmasına və təbii inhisar subyektlərinin göstərdiyi xidmətlərdə istehlakçı məmnunluğunun artırılmasına yönəlib", - deyə məlumatda qeyd olunub.