​"Abşeron" yatağının işlənməsi üzrə inkişaf proqramı hazırlanır

​"Abşeron" yatağının işlənməsi üzrə inkişaf proqramı hazırlanır Proqram sentyabr ayında Azərbaycan tərəfinə təqdim olunacaq
Energetika
4 İyun , 2015 11:21
​Abşeron yatağının işlənməsi üzrə inkişaf proqramı hazırlanır

Bakı. 4 iyun. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağının işlənməsi üzrə inkişaf proqramı hazırlanır və bu proqram bu ilin sentyabr ayında Azərbaycan tərəfinə təqdim olunacaq. "Report" xəbər verir ki, bu barədə "Total" şirkətinin Abşeron yatağının işlənməsi üzrə birgə müəssisə və inkişaf proqramı üzrə direktoru Erik Meyer məlumat verib. 

Onun sözlərinə görə, inkişaf proqramını təqdim etmək üçün seçilmiş inkişaf sxemi üzərində iş aparılır: "İlkin layihələndirmə işlərini görmüşük və 2015-ci ilin ortalarına kimi ümumu paket hazır olacaq. Sentyabr ayında böyük ehtimalla inkişaf proqramı təqdim olunacaq".

Bundan başqa, o, 2017-ci ilin sonunda investisiya ilə bağlı qərar qəbul olunacağını bildirib. Onun sözlərinə görə, "Abşeron" yatağından ilk qaz 2021-ci ildə hasil olunacaq.

Son xəbərlər

Orphus sistemi