Bakı. 13 noyabr. REPORT.AZ/ “Azərbaycan
Bunu “Report”a açıqlamasında “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlamaq üçün yaradılan İşçi qrupunun sədri, Dövlət Dil Komissiyasının üzvü, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyib.
O bildirib ki, dövlət qulluğuna işə qəbul zamanı dövlət dilinin bilmək səviyyəsinin yoxlanılması mütəmadi olmalıdır və bu prosesi Dövlət İmtahan Mərkəzi keçirməlidir: “Məsələn, dövlət qulluğuna qəbul olmaq istəyənlərin inşa yazı yazması, sərbəst, düzgün fikir yürütmək qabiliyyəti yoxlanılmalıdır”.
Dövlət İmtahan Mərkəzindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, dövlət qulluğuna qəbul zamanı müsabiqənin test imtahanı mərhələsində namizədlərin “qanunvericilik”, “informasiya texnologiyaları”, “məntiqi təfəkkür” ilə yanaşı "Azərbaycan dili” üzrə də bilikləri yoxlanılır: “Azərbaycan dilindən imtahana hazırlaşan namizədlər Azərbaycan dilinə xas olan fonetik, leksik, qrammatik qaydalara, eləcə də digər nəzəri və praktik məsələlərə xüsusi diqqət yetirməlidirlər. İmtahanda namizədlərə 15 test tapşırığı təqdim olunur. Müsabiqənin müsahibə mərhələsində isə "ümumi dünyagörüşü" proqramı çərçivəsində namizədlərin Azərbaycan dilində danışıq səviyyəsi, ünsiyyətqurma, fikrini sərbəst ifadə etmək və s. keyfiyyətləri yoxlanılır”.