Azərbaycanın ən yaxşı məktəblərinin adları açıqlanıb - SİYAHI

Azərbaycanın ən yaxşı məktəblərinin adları açıqlanıb - SİYAHI Bakıda attestat qiymətləri əla olan abituriyentlərin 1,71 %-i 200 baldan aşağı nəticə göstərib
Elm və təhsil
26 Aprel , 2017 18:33
Azərbaycanın ən yaxşı məktəblərinin adları açıqlanıb - SİYAHI

Bakı. 26 aprel. REPORT.AZ/ Bakıda attestat qiymətləri əla olan abituriyentlərin 1,71 %-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə 58,70 %-dir.

“Report” xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12 saylı buraxılışında öz əksini tapıb.

Hesabatda həmçinin, respublika üzrə keçən il üçün yaxşı məktəblərin siyahısı da açıqlanıb. Belə ki, həmin məkətblərin sırasına keçən il şəhərin 287 saylı “Zəkalar” liseyi, 160 saylı klassik gimnaziya, 291 saylı “Ekologiya” liseyi, Texniki humanitar lisey, Məktəb-lisey Kompleksi, 82 saylı tam orta məktəb, 62, 70, 72, 83, 220, 261, 264 və 304 saylı məktəb-liseylər, 1, 3, 7, 12, 23, 27, 33, 54, 60, 82, 98, 116, 129, 141, 144, 171, 189-190, 207, 249, 254, 263, 278, 282, 283, 294, 308, 311, 313, 317, 318, 328 və Ümid qəsəbəsi 194 saylı tam orta məktəblər daxil olub. 

Son xəbərlər

Orphus sistemi