Təhsil nazirinə yeni müşavir təyin olunub

Təhsil nazirinə yeni müşavir təyin olunub O, 2019-cu ildən “P.M.D” MMC-də Strateji planlaşdırma və Təhlil şöbəsinin müdiri vəzifəsində çalışıb
Elm və təhsil
2 Sentyabr , 2020 18:25
Təhsil nazirinə yeni müşavir təyin olunub

Kənan Kərimzadə Təhsil nazirinin müşaviri vəzifəsinə təyin olunub.

"Report"un əldə etdiyi məlumata görə, bu barədə Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. 

Qeyd edək ki, K.Kərimzadə 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavr dərəcəsi (fərqlənmə) əldə edib. O, 2017-2019-cu illərdə ABŞ-ın nüfuzlu CFA İnstitutunda investisiyaların idarəedilməsi sahəsində təhsil alıb və xartiyalı maliyyə təhlilçisi (CFA Charterholder) beynəlxalq akkreditasiyasına sahibdir.

2013-2016-cı illərdə “Capital Motors” MMC-də Maliyyə analizi üzrə mütəxəssis, 2016-2018-ci illərdə “PMD Group” MMC-də İnvestisiyalar üzrə baş mütəxəssis, rəhbər və departament menecerinin müavini, 2019-cu ildən isə “P.M.D” MMC-də Strateji planlaşdırma və Təhlil şöbəsinin müdiri vəzifəsində çalışıb. 

Son xəbərlər

Orphus sistemi