Sumqayıt Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim olunub

Sumqayıt Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim olunub Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru vəzifəsinə təyin edilən Rüfət Əzizov sentyabrın 14-də müəssisə kollektivinə təqdim olunub.
Elm və təhsil
14 Sentyabr , 2023 17:23
Sumqayıt Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim olunub

Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru vəzifəsinə təyin edilən Rüfət Əzizov sentyabrın 14-də müəssisə kollektivinə təqdim olunub.

"Report" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov 85 ixtisas üzrə ali təhsilin iki pilləsində kadr hazırlayan ali təhsil müəssisəsinin qarşısında dayanan aktual vəzifələrdən danışıb. Firudin Qurbanov yeni təyin olunan rektor Rüfət Əzizovun və universitet kollektivinin bu vəzifələrin öhdəsindən gələcəyinə inandığını bildirib.

Göstərilən etimada görə təşəkkürünü ifadə edən Rüfət Əzizov hər bir etimadın şəxsi məsuliyyət yaratdığını vurğulayaraq 60 ildən artıq müddətdə öz ənənələrini formalaşdırmış SDU-nun potensialının maksimum ortaya qoyulacağına əminliyini bildirib.

Son xəbərlər

Orphus sistemi