Ötən iki il ərzində 46 mindən çox gənci layihələrimizə cəlb etmişik.
"Report" xəbər verir ki, bunu "İrəli" İctimai Birliyinin sədri Şahin Rəhmanlı birliyin IX hesabat-seçki konfransı zamanı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, "İrəli" İctimai Birliyi son iki il ərzində tədbir və mədəni fəaliyyətlər istiqamətində genişmiqyaslı işlər görüb:
"Birliyimiz son iki ildə 40-dan çox tədbir keçirib və 8 düşərgə təşkil edib. 52 media qurumu, 100-dən çox dövlət, qeyri-hökumət və özəl qurumlar ilə əməkdaşlığımız var. Onların dəstəyi ilə 50-dən çox regionda olan gənclərə çata bilmişik".
Qeyd edək ki, "İrəli" İctimai Birliyi 26 avqust 2005-ci ildən fəaliyyətə başlayıb. Təşkilatın əsas məqsədi Azərbaycanın inkişaf yolunda aparılan siyasətin həyata keçirilməsində birbaşa gənclərin iştirakına şərait yaratmaq eləcə də gənclərin fərdi inkişafında yardımçı olmaqdır.