Ötən dərs ilində Bakı məktəblərində işə qəbul olunan müəllimlərin sayı açıqlanıb

Ötən dərs ilində Bakı məktəblərində işə qəbul olunan müəllimlərin sayı açıqlanıb Ötən il Bakı məktəblərində işə qəbul olunan müəllimlərin sayı açıqlanıb
Elm və təhsil
21 İyun , 2023 10:59
Ötən dərs ilində Bakı məktəblərində işə qəbul olunan müəllimlərin sayı açıqlanıb

2022-2023-cü tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 2 624 vakansiya təqdim olunub.

Qurumdan "Report"a verilən məlumata görə, onlardan 2 184 nəfəri işə qəbul edilib.

Bunlardan 804 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 1 148 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 232 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

Həmçinin cari tədris ili ərzində ümumi təhsil müəssisələrində işə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında 384 ixtisaslı kadr dəvət edilib.

Son xəbərlər

Orphus sistemi