Oktyabrın 15-dən bütün şagirdlər məktəbə gedəcək

Oktyabrın 15-dən bütün şagirdlər məktəbə gedəcək “Oktyabrın 1-dən V-IX siniflərin mərhələlərlə məktəbə əyani şəkildə gəlməsini planlaşdırırıq. Situasiyadan asılı olaraq, 2 və ya 3 dəfə”.
Elm və təhsil
25962
27 Avqust , 2020 17:29
Oktyabrın 15-dən bütün şagirdlər məktəbə gedəcək

“Oktyabrın 1-dən V-IX siniflərin mərhələlərlə məktəbə əyani şəkildə gəlməsini planlaşdırırıq. Situasiyadan asılı olaraq 2 və ya 3 dəfə”.

"Report" xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

“Burada ölkə üzrə əlavə olaraq 737 min şagirddən söhbət gedir. Bakı şəhəri üzrə bu rəqəm 286 mindir. Beləliklə, artıq hər şey yaxşı gedərsə və epidemioji vəziyyət imkan verərsə, oktyabrın 1-nə 1 milyon 300 min şagirdi uyğunlaşdırılmış proqramlarla hissə-hissə məktəbə qaytarmağı planlaşdırırıq. Bununla yanaşı, əgər yenə də hər şey yaxşı gedərsə, 15 oktyabrdan 10 və 11-ci siniflərin məktəblərə qayıtmasını planlaşdırırıq”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi