NDU-nun 107 nəfərdən ibarət heyəti təcrübə üçün Türkiyəyə gedib

NDU-nun 107 nəfərdən ibarət heyəti təcrübə üçün Türkiyəyə gedib Naxçıvan Dövlət Universitetinin 107 nəfərdən ibarət həkim və müəllim heyəti təcrübə üçün Türkiyəyə gedib.
Elm və təhsil
9 İyul , 2023 01:02
NDU-nun 107 nəfərdən ibarət heyəti təcrübə üçün Türkiyəyə gedib

Naxçıvan Dövlət Universitetinin 107 nəfərdən ibarət heyəti təcrübə üçün Türkiyəyə gedib.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin bir sıra ali məktəbləri arasında bağlanan əməkdaşlıq müqavilələrinə uyğun olaraq, Universitetin Tibb fakültəsinin 12 nəfər həkim və müəllimi olmaqla ümumilikdə 107 nəfərdən ibarət heyəti təcrübə üçün qardaş ölkəyə yola düşüb.

Tələbə və rezidentlər təcrübələrini Türkiyənin Ankara Universiteti, Qazi Univetsiteti, İstanbul Yeditəpə Universiteti, Trabzon Qaradəniz Texnik Universitetinin klinikalarında keçəcəklər. Tibb, Stomatologiya, Əczaçılıq, Psixologiya, Müalicə işi, İctimai səhiyyə, Hərbi tibb, Tibbi profilaktika ixtisasları üzrə tələbə və həkim-rezidentlərin qatılacaqları təcrübələr 2 həftə davam edəcək.

Təcrübələrdə tələbələrin Təcili tibbi yardım, Daxili xəstəliklər, Qadın doğum, Ümumi cərrahiyyə, Robotik cərrahiyyə, Neyrocərrahiyyə, Ağız və üz-çənə cərrahiyyəsi, Əczaçılıq labarotoriyası texnologiyaları və bir çox digər sahələr üzrə müşahidəçi olaraq iştirakı nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi