Nazirlik şagirdlər üçün yay düşərgələri təşkil edəcəkmi?

Nazirlik şagirdlər üçün yay düşərgələri təşkil edəcəkmi? "Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə şagirdlər üçün yay düşərgələrinin təşkili aktual deyil".
Elm və təhsil
9 Sentyabr , 2022 15:42
Nazirlik şagirdlər üçün yay düşərgələri təşkil edəcəkmi?

"Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə şagirdlər üçün yay düşərgələrinin təşkili aktual deyil".

"Report" xəbər verir ki, bunu nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin İdman sektorunun müdiri Hilal Salmanov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, nazirlik sadəcə düşərgələri təşkil edən təşkilatlarla əməkdaşlıq edə bilər: "Düşərgəni təşkil etmək üçün yer, baza olmalıdır. Nazirliyin hazırda belə imkanları yoxdur. Bu il şəhid övladları üçün müəyyən düşərgələr təşkil olunmuşdu. Amma bunu da müvafiq qurumlar və ya qeyri-hökumət təşkilatları etmişdi. Biz sadəcə onlara əməkdaşlıq çərçivəsində dəstək vermişdik".

Sektor müdiri ayrı-ayrı valideynlər tərəfindən səfərlər təşkil olunan zaman baş verən qəzalara da münasibət bildirib: "Dərsdən sonrakı fəaliyyətdə hər kəs azaddır. Valideynlərin bir-biri ilə əlaqələri var. Sadəcə biz tövsiyə edirik ki, belə hallar olmasın. Nazirlik özü belə tədbirləri təşkil edəndə aidiyyəti qurumlarla əməkdaşlıq edir ki, xoşagəlməz hallar yaşanmasın".

Son xəbərlər

Orphus sistemi