Gələn həftə Azərbaycana Yay fəsli daxil olacaq
Elm və təhsil
- 11 iyun, 2025
- 11:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Yay fəsli (Yay Günəş duruşu) Azərbaycana iyunun 21-i saat 06:42:11-də daxil olacaq.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından "Report"a verilən məlumata görə, bu zaman Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gələcək.
Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatacaq. Bakıda Günəş həmin gün günorta vaxtı üfüqdən 73.1° hündürlükdə, yəni, maksimum yüksəklikdə görünəcək.
Həmin gün ilin ən uzun gündüzünün və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq.
Yay fəslinin uzunluğu 93 gün 15 saat 37 dəqiqə 5 saniyə təşkil edəcək.
Son xəbərlər
17:30
NK ixracda kompensasiya dəstəyi verilməyəcək əməliyyatların və şəxslərin siyahısını təsdiqləyib
Biznes
17:28
Fransadakı etiraz aksiyalarına görə PSJ-nin oyununun vaxtı dəyişdirilib
Futbol
17:28
Milli Məclisin növbəti plenar iclası oktyabrın 27-də keçiriləcək, 12 məsələ müzakirə ediləcək - Yenilənib
Milli Məclis
17:26
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Biznes
17:26
Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib, ölən və xəsarət alan var
Hadisə
17:24
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 11 %-dən çox artırıb
Biznes
17:24
Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir
İnfrastruktur
17:15
Blokada səbəbindən İranın cənub limanlarında idxal 25 % azalıb
Region
17:15
EDB Mərkəzi Asiya və Cənubi Qafqaz üçün birbaşa investisiyalar fondunun həmtəsisçisi olub
Maliyyə