Fransadakı etiraz aksiyalarına görə PSJ-nin oyununun vaxtı dəyişdirilib

Futbol
  • 23 oktyabr, 2026
  • 17:28
Fransadakı etiraz aksiyalarına görə PSJ-nin oyununun vaxtı dəyişdirilib

Fransa Liqa 1-in VIII turunun oktyabrın 25-də keçirilməsi planlaşdırılan PSJ - Lion oyununun vaxtı dəyişdirilib.

"Report" xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Qarşılaşma oktyabrın 26-da, Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Dəyişiklik Paris Polis Prefekturasının qərarı ilə edilib. Həftəsonu paytaxtda kütləvi etiraz aksiyaları və iğtişaşların gözlənilməsi səbəbindən matçın bazar günü keçirilməsinə qadağa qoyulub.

"Lion" 7 oyundan sonra 14 xalla liderdir. Eyni xala malik PSJ ikinci pillədə qərarlaşıb.

Xatırladaq ki, "Qızıl top"un sahibi oktyabrın 26-da Londonda keçiriləcək mərasimdə elan ediləcək.