Emin Əmrullayev fənn olimpiadalarında qeydiyyatdan keçən şagirdləri təbrik edib

Emin Əmrullayev fənn olimpiadalarında qeydiyyatdan keçən şagirdləri təbrik edib Elm və təhsil naziri Emin Əmrullayev fənn olimpiadalarında qeydiyyatdan keçən şagirdləri təbrik edib.
Elm və təhsil
25 Dekabr , 2022 17:09
Emin Əmrullayev fənn olimpiadalarında qeydiyyatdan keçən şagirdləri təbrik edib
Emin Əmrullayev

Elm və təhsil naziri Emin Əmrullayev fənn olimpiadalarında qeydiyyatdan keçən şagirdləri təbrik edib.

"Report" xəbər verir ki, nazir bu barədə feysbukda paylaşım edib.

Paylaşımda deyilir:

"Fənn olimpiadaları sahəsində görülən işlərin bəhrəsinin ildən-ilə artdığını müşahidə etmək çox sevindiricidir. Bu gün keçirilən fənn olimpiadalarının ilk mərhələsində 45 mindən çox şagirdin iştirak üçün qeydiyyatdan keçməsi daha savadlı, bacarıqlı, yüksək motivasiyalı bir nəslin yetişməsindən xəbər verir. Hazırda 14-17 yaşlarında olan bu uşaqlar 10-15 il sonra ölkəmizin elm, iqtisadiyyat, sosial və mədəni həyatına, xalqımızın rifahına ciddi töhfə verən mütəxəssislər olacaqlar. Nəticələrdən asılı olmayaraq bütün iştirakçıları, onları bu yarışlara hazırlayan müəllimləri və valideynləri təbrik edirəm".

Son xəbərlər

Orphus sistemi