Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı keçirilib - YENİLƏNİB

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı keçirilib - YENİLƏNİB Dövlət İmtahan Mərkəzi (DİM) bu gün dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirəcək.
Elm və təhsil
18 İyun , 2023 14:15
Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı keçirilib - YENİLƏNİB

Bu gün Dövlət İmtahan Mərkəzi dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirib.

Dövlət İmtahan Mərkəzindən (DİM) "Report"a verilən xəbərə görə, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.

    İlkin məlumatlara əsasən 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

    İyunun 19-dan etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

    İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.

    06:04

    Dövlət İmtahan Mərkəzi (DİM) bu gün dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirəcək.

    “Report” xəbər verir ki, imtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanır və 3 saat davam edir. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.

    İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

    Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

    şəxsiyyəti təsdiq edən sənədin əsli;

    “İmtahana buraxılış vərəqəsi".

    İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 8 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 506, BB qrupu üzrə 1 464 olmaqla, ümumilikdə 1 970 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 23 imtahan rəhbəri, 171 nəzarətçi‑müəllim, 28 buraxılış rejimi əməkdaşı ayrılıb.

    Son xəbərlər

    Orphus sistemi