Deputatlar və ictimaiyyət nümayəndələri müəllimlərin sertifikatlaşdırma imtahanını izləyib

Deputatlar və ictimaiyyət nümayəndələri müəllimlərin sertifikatlaşdırma imtahanını izləyib Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri Texniki Universitetin İdman Kompleksində müəllimlərin sertifikatlaşdırma imtahanını izləyib.
Elm və təhsil
24 İyun , 2023 10:45
Deputatlar və ictimaiyyət nümayəndələri müəllimlərin sertifikatlaşdırma imtahanını izləyib

Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri Texniki Universitetin İdman Kompleksində müəllimlərin sertifikatlaşdırma imtahanını izləyib.

"Report" xəbər verir ki, ilk dəfə sertifikatlaşdırma imtahanı verən Azərbaycan dili və ədəbiyyat müəllimlərinin imtahan prosesini izləmək üçün mediatur keçirilib.

Mediaturda elm və təhsil nazirinin müavini Həsən Həsənli, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, deputatlar Məlahət İbrahimqızı, Tamam Cəfərova, Naqif Həmzəyev, media qurumlarının rəhbəri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, müəllimlərin sertifikatlaşdırma imtahanları bu gün başa çatır. Sonuncu gün keçirilən imtahanlara 8 500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi cəlb olunub.

Son xəbərlər

Orphus sistemi