Təhsil naziri vaksinasiya olunmaqdan imtina edən müəllimlərdən danışdı

Təhsil naziri vaksinasiya olunmaqdan imtina edən müəllimlərdən danışdı “Bu günə qədər 122 348 təhsil işçisi COVID-19 əleyhinə peyvəndin hər iki dozasını vurdurub”.
Elm və təhsil
562
18 İyun , 2021 10:13
Təhsil naziri vaksinasiya olunmaqdan imtina edən müəllimlərdən danışdı

Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyadan keçən təhsil işçilərinin sayı açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev məlumat verib.

Onun sözlərinə görə, bu günə qədər 122 348 təhsil işçisi COVID-19 əleyhinə peyvəndin hər iki dozasını vurdurub.

Nazir bildirib ki, bu siyahıya texniki işçilər də aiddir: “Çox az sayda müəllim vaksinasiya olunmaqdan imtina edib. Hesab edirəm ki, onları da inandıra biləcəyik ki, bu, onların sağlamlığı üçündür. Ümumilikdə, inandığımız odur ki, pandemiyanın bugünkü mərhələsində əlverişli mühit yaranıb. Lakin nəzərə almaq lazımdır ki, qarşıdan payız mövsümü gəlir. Bir sözlə, ənənəvi tədrisə qayıtmağın yeganə yolu vaksinasiyadan keçməkdir”.

E.Əmrullayev onu da əlavə edib ki, əsas hədəf xüsusilə ibtidai siniflərdə şagirdlər bir-biri ilə ünsiyyətdə olmasıdır: “Çünki aşağı yaşlarda beyin inkişafı formalaşır”.

Son xəbərlər

Orphus sistemi