Cəlilabadda orta məktəbin döşəməsi və tavanı çöküb

Cəlilabadda orta məktəbin döşəməsi və tavanı çöküb Cəlilabad rayonunun Musalı kənd tam orta məktəbinin döşəməsi və tavanı çöküb.
Elm və təhsil
25 Yanvar , 2022 15:33
Cəlilabadda orta məktəbin döşəməsi və tavanı çöküb
0 : 00
0 : 00

Cəlilabad rayonunun Musalı kənd tam orta məktəbinin döşəməsi və tavanı çöküb.

"Report"un Muğan bürosu xəbər verir ki, valideynlər bu səbəbdən övladlarını məktəbə göndərmirlər.

Valideynlərin sözlərinə görə, bundan başqa məktəbdə istilik də yoxdur: "Məktəbdə 196 şagird təlim-tərbiyə alır. Lakin məktəbin binasının qəzalı vəziyyətdə olması səbəbindən 1-4-cü sinif şagirdləri bu məktəbə gəlir. Digər 5-11-ci sinif şagirdləri isə qonşu Zəhmətabad kənd orta məktəbinə gedirlər. Məktəb tikiləndən bəri bir dəfə də olsun burada təmir işləri aparılmayıb".

Məsələ ilə bağlı Cəlilabad Rayon Təhsil Şöbəsindən "Report"un yerli bürosuna bildirilib ki, məktəbin vəziyyəti ilə bağlı aidiyyəti orqanlara məlumat verilib: "Yaxın vaxtlarda yeni məktəb binası tikiləcək".

Qeyd edək ki, Musalı kənd tam orta məktəbi 1969-cu ildə palçıq və taxta konstruksiyalardan tikilib. Bu vaxta qədər heç bir əsaslı təmir işləri aparılmayıb.

Son xəbərlər

Orphus sistemi