BŞTİ: "Bakıda 6 məktəbdə tikinti və əsaslı təmir işləri aparılır"

BŞTİ: "Bakıda 6 məktəbdə tikinti və əsaslı təmir işləri aparılır" Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 6 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır.
Elm və təhsil
10 İyul , 2023 12:52
BŞTİ: Bakıda 6 məktəbdə tikinti və əsaslı təmir işləri aparılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 6 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır.

İdarədən "Report"a verilən məlumata görə, hazırda 313 nömrəli tam orta məktəbin əsas korpusunun əsaslı təmiri və əlavə korpus tikintisi, 99, 116, 101, 286 və A.Məmmədov adına məktəbəqədər təhsil müəssisələrinin əsaslı təmir işləri davam edir.

Eləcə də ehtiyac olan bütün təhsil müəssisələrində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir. Paytaxt məktəblərində aparılan tikinti və təmir-bərpa işlərinin tezliklə yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, 2022-2023-cü tədris ili ərzində ehtiyac olan ərazilərdə 4 yeni məktəb (292, 334, 335, 133 nömrəli) və 2 məktəbəqədər (13 və 14 nömrəli) təhsil müəssisəsi tikilərək istifadəyə verilib.

Son xəbərlər

Orphus sistemi