Bakıdakı məktəblərin hamısı dezinfeksiya olunub

Bakıdakı məktəblərin hamısı dezinfeksiya olunub Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə dezinfeksiya işləri həyata keçirilib
Elm və təhsil
16 May , 2021 17:03
Bakıdakı məktəblərin hamısı dezinfeksiya olunub

Ümumi təhsil müəssisələrində əyani tədrisə keçid dövrünə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə dezinfeksiya işləri həyata keçirilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, həmçinin təhsil müəssisələri virus əleyhinə qoruyucu vasitələr, dezinfeksiyaedici maddələr və temperatur ölçən cihazlarla təmin edilib, məktəblərin həyətyanı ərazilərində ara məsafəsi saxlanılması üçün işarələnmələr aparılıb, maarifləndirici lövhələr yerləşdirilib və sinif otaqlarında partaların düzülüşü müvafiq qaydaların tələblərinə uyğunlaşdırılıb.

Eyni zamanda ümumi təhsil müəssisələrinə mövcud sanitar-epidemioloji vəziyyətlə bağlı vaxtaşırı maarifləndirici təlimati göstərişlər verilib. Təhsilverənlərin və təhsilalanların sağlamlıqlarını qorumaları üçün şəxsi gigiyena qaydalarına ciddi riayət edilməsi tövsiyə olunub.

Təhsil Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərləri, eləcə də Abşeron rayonu ərazisində yerləşən ümumi təhsil müəssisələrində sabahdan etibarən əyani tədrisin qismən bərpası ilə bağlı həm yerli təhsili idarəetmə orqanları (rayon/şəhər təhsil şöbələri), həm də məktəblər tərəfindən bütün zəruri işlər görülür.

Məlumat üçün bildirək ki, sabahdan Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərləri, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani tədris forması qismən bərpa ediləcək.

Son xəbərlər

Orphus sistemi