Azərbaycanlı tələbələrin beynəlxalq əlaqələrini gücləndirmək üçün yeni layihəyə başlanılıb

Elm və təhsil
  • 04 oktyabr, 2017
  • 15:52
Azərbaycanlı tələbələrin beynəlxalq əlaqələrini gücləndirmək üçün yeni layihəyə başlanılıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycanlı tələbələrin beynəlxalq səviyyədə əlaqələrini gücləndirmək və onları dünya gəncləri arasında ən biliklilərdən etmək məqsədilə yeni layihəyə start verilir.

"Report" xəbər verir ki, Azərbaycanda artıq üç ildir fəaliyyət göstərən World Language Center IELTS test məkanı kimi xarici dillərin tədrisi və xaricdə təhsillə yanaşı, öz fəaliyyətinə "Language Cafe" və "Publishing House" xidmətini də əlavə edib. Artıq bu məqsədlə 3 ingilis dilli kitab çap edilib. 

Tələbələr yeni məkanda - "Language Cafe"də həm istirahət edə biləcək, həm də istəklərinə uyğun çap edilmiş xarici dillərdə kitablardan faydalana biləcəklər.