Azərbaycanlı şagirdlər Prestijli Gələcək Liderlər Mübadiləsi Proqramından məzun kimi qayıdıblar

Azərbaycanlı şagirdlər Prestijli Gələcək Liderlər Mübadiləsi Proqramından məzun kimi qayıdıblar 23 iyul 2023-cü il tarixində 16 azərbaycanlı şagird ABŞ hökuməti tərəfindən maliyyələşdirilən yüksək rəqabətli və təcrübələrə əsaslanan Gələcək Liderlərin Mübadiləsi (FLEX) təqaüd proqramı vasitəsilə ABŞ-də bir illik təcrübələrini yekunlaşdırmaq üçün semi
Elm və təhsil
24 İyul , 2023 08:53
Azərbaycanlı şagirdlər Prestijli Gələcək Liderlər Mübadiləsi Proqramından məzun kimi qayıdıblar

Azərbaycanlı 16 şagird ABŞ hökuməti tərəfindən maliyyələşdirilən yüksək rəqabətli və təcrübələrə əsaslanan Gələcək Liderlərin Mübadiləsi (FLEX) təqaüd proqramı vasitəsilə ABŞ-də bir illik təcrübələrini yekunlaşdırmaq üçün seminarda yenidən bir araya gəldilər.

ABŞ-nin Azərbaycandakı səfirliyindən "Report"a bildirilib ki, proqram bir neçə azərbaycanlı orta məktəb şagirdlərini könüllü olan amerikalı ev sahibi ailəsində yaşamaq və orada orta məktəbdə oxumaq üçün Birləşmiş Ştatlara göndərir. FLEX Proqramı keçmiş ABŞ senatoru Bill Bredlinin ABŞ və Avrasiya ölkələri arasında uzunmüddətli sülh və qarşılıqlı anlaşmanı təmin etməyin ən yaxşı yolunun mədəniyyətlərarası mübadilə imkanları olduğuna inanması əsasında yaradılıb.

ABŞ səfirliyinin Mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Salman Hacı proqramı başa vuran şagirdləri salamlayaraq onları komfortlu mühitlərindən kənarda bir il keçirdiklərinə və amerikalı ev sahibləri, məktəb və icmalarda Azərbaycanı təmsil etdiklərinə görə təşəkkür etdi. “FLEX kimi mübadilə proqramları azərbaycanlılar və amerikalılar arasında daha güclü əlaqələr qurmaq öhdəliyimizin bir hissəsidir”, - o, qeyd edib. “Siz indi mübadilə proqramlarımızdan öz icmalarına lider kimi qayıdan minlərlə digər azərbaycanlı məzunlar sırasına qoşulursunuz”.

Bu il FLEX proqramı Azərbaycanda 30 illiyini qeyd edir. 1993-cü ildən indiyədək 50 ştatın hamısında 1000-dən çox azərbaycanlı şagird təhsil alıb. FLEX şagirdləri ABŞ-də olarkən liderlik bacarıqları əldə edir, Amerika cəmiyyəti və dəyərləri haqqında öyrənir və amerikalılara öz ölkələrini və mədəniyyətlərini öyrədirlər. Onlar ABŞ icmalarında ictimai xidmət göstərir və öz ölkələrinin səfirləri kimi fəaliyyət göstərirlər. FLEX şagirdlərinin bir çoxu bu könüllülük ruhundan ilhamlanaraq proqram zamanı əldə etdikləri ideya və bacarıqlardan istifadə edərək öz ölkələrində innovativ layihələr hazırlayır və həyata keçirirlər.

ABŞ səfirliyi və icraçı təşkilat olan Beynəlxalq Təhsil üzrə Amerika Şuraları ərizə, üç sınaq mərhələsi və müsahibələr vasitəsilə ciddi seçim prosesi həyata keçirir. İdeal namizədlər güclü akademik təcrübəyə, yeni mühitlərə uyğunlaşmaq və inkişaf etmək bacarığına və məktəbdənkənar fəaliyyətlərdə lider kimi iştirak etməklə öz icmalarında müsbət dəyişikliklərə ilham vermək istəyinə malik olmalıdırlar. İngilis dilini mükəmməl bilmək finalçı olmaq üçün ilkin şərt deyil. Əgər namizəd onu finalçı olmaq üçün uyğun edən xüsusiyyətlər nümayiş etdiribsə, lakin həmin namizədin ingilis dili səviyyəsi kifayət deyilsə, o, əlavə dil təlimi almaq hüququna malik ola bilər. Əlilliyi olan şagirdlər də FLEX-də iştirak etməyə dəvət olunurlar: Bu günə qədər dünya üzrə 300-dən çox görmə və ya eşitmə məhdudiyyəti olan şagird FLEX proqramının məzunu olub.

ABŞ səfirliyi və Beynəlxalq Təhsil üzrə Amerika Şuraları FLEX iştirakçıları ilə proqramda və məzun olduqdan sonra dil öyrənmə, mentorluq, liderliyin inkişafı və təcrübə imkanları vasitəsilə onlara dəstək olmaq üçün birlikdə çalışır.

FLEX proqramı üzrə növbəti qəbul və seçim mərhələsi avqustun əvvəlində başlayacaq. Maraqlanan namizədlər müraciətlərini 10 oktyabr 2023-cü il tarixindən gec olmayaraq təqdim etməlidirlər. Ətraflı məlumatı discoverflex.org saytından və FLEX Azerbaijan sosial media hesabından əldə edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi