Azərbaycanda alimlərin sayı açıqlanıb

Azərbaycanda alimlərin sayı açıqlanıb Azərbaycanda elmi-tədqiqatla məşğul olan şəxslərin sayı açıqlanıb.
Elm və təhsil
18 Yanvar , 2022 15:17
Azərbaycanda alimlərin sayı açıqlanıb

Azərbaycanda elmi-tədqiqatla məşğul olan şəxslərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, bu ilin əvvəlinə ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 127 elmi təşkilat və müəssisə fəaliyyət göstərib.

Bu elm ocaqlarında elmi-tədqiqat və işləmələrlə 20,5 mindən artıq mütəxəssis məşğul olur, onların da 73 faizi tədqiqatçılardır. Həmin mütəxəssislərin 37,3 faizinin elmlər doktoru və ya fəlsəfə doktoru elmi dərəcəsi var.

Bundan əlavə, elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 10 min nəfər elmi pedaqoji işçi elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirirlər. Onların da yarıdan çoxu elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsinə malikdirlər.

Son xəbərlər

Orphus sistemi