Sabah Bakıya yağış, ölkənin bəzi rayonlarına qar yağacaq

Sabah Bakıya yağış, ölkənin bəzi rayonlarına qar yağacaq Havanın temperaturu gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq
Ekologiya
12 Fevral , 2015 12:36
Sabah Bakıya yağış, ölkənin bəzi rayonlarına qar yağacaq

Bakı. 12 fevral. REPORT.AZ/ Fevralın 13-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə və gündüz 85-95 faiz təşkil edəcək.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi