Sabah Azərbaycanda hava şəraiti dəyişkən buludlu olacaq

Sabah Azərbaycanda hava şəraiti dəyişkən buludlu olacaq Bəzi yerlərdə zəif duman olacaq
Ekologiya
20 Mart , 2015 12:23
Sabah Azərbaycanda hava şəraiti dəyişkən buludlu olacaq

Bakı. 20 mart. REPORT.AZ/ Bayramın ikinci günü, martın 21-i üçün Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-4, gündüz 8-13 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında havanın, əsasən yağmursuz keçəcəyi, bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 0-5, gündüz 8-13, bəzi yerlərdə 17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-12 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza gəlincə, martın 20-21-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Son xəbərlər

Orphus sistemi