Qurumuş və qəzalı ağacların götürülməsi ilə bağlı ictimai dinləmə keçirilib

Qurumuş və qəzalı ağacların götürülməsi ilə bağlı ictimai dinləmə keçirilib Qurumuş və qəzalı ağacların götürülməsi ilə bağlı ictimai dinləmə keçirilib.
Ekologiya
22 Sentyabr , 2023 16:27
Qurumuş və qəzalı ağacların götürülməsi ilə bağlı ictimai dinləmə keçirilib

Dövlət Ekoloji Ekspertiza Agentliyində Səhiyyə Nazirliyinin inzibati binasının, Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın, Mərdəkan Reabilitasiya Pansionatının, Mərdəkan qəsəbəsində yerləşən “Sahil” düşərgəsinin və “Xətai Park” MMC tikinti şirkətinin inşa etdiyi yaşıyış kompleksinin ərazisində olan qurumuş və qəzalı ağacların götürülməsi ilə bağlı ictimai dinləmə keçirilib.

"Report" xəbər verir ki, ekoloqların, QHT, həmçinin digər maraqlı tərəflərin iştirakı ilə baş tutan tədbirdə yaşıllıqların götürülməsi, bərpa dəyəri, mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görüləcək işlər müzakirə edilib.

Dinləmədə Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın həyətində 60 ədəd, Səhiyyə Nazirliyinin inzibati binasının həyətində və kənarlarında 25 ədəd, Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən “Sahil” düşərgəsində 8 ədəd, Mərdəkan Reabilitasiya Pansionatının həyətyanı sahəsində 35 ədəd qurumuş və qəzalı ağacların götürülməsi barədə ümumi fikrə gəlinib, xəstəliyə yoluxmuş ağacların isə xüsusi qaydada utilizasiyası, yerinin dərmanlanmasının vacibliyi diqqətə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi