Həkəri çayına qızılxallı forel körpələri buraxılıb

Həkəri çayına qızılxallı forel körpələri buraxılıb Qarabağ və Şərqi Zəngəzur ərazisində biomüxtəlifliyin qorunmasına və su hövzələrində bioresursların bərpasına töhfə vermək məqsədilə Zəngilan rayonunun Ağalı kəndinin yaxınlığından keçən Həkəri çayına balıq körpələrinin buraxılışı həyata keçirilib.
Ekologiya
10 İyun , 2022 12:50
Həkəri çayına qızılxallı forel körpələri buraxılıb

Qarabağ və Şərqi Zəngəzur ərazisində biomüxtəlifliyin qorunmasına və su hövzələrində bioresursların bərpasına töhfə vermək məqsədilə Zəngilan rayonunun Ağalı kəndinin yaxınlığından keçən Həkəri çayına balıq körpələrinin buraxılışı həyata keçirilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva "Report"a bildirib ki, Zəngilan rayonunda Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyevin və ETSN rəsmilərinin iştirakı ilə çaya balıqartırma zavodlarında yetişdirilən 2000 qızılxallı forel körpəsi buraxılıb.

Xidmət rəsmisi balıqların kürütökmə dövrü ilə əlaqədar hər il ölkədə may ayının 1-dən etibarən balıq ovuna 4 aylıq moratorium tətbiq edildiyini diqqətə çatdırıb: "Balıq ehtiyatlarının artırılması üçün bütün qayda və tələblərə riayət olunmasını tövsiyə edib. Gəlin, balıq ehtiyatlarının qorunmasına, məsuliyyətli balıq ovlanmasının təşviqinə dəstək olaq, balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən imtina edək".

Son xəbərlər

Orphus sistemi