Azərbaycanda bazar günü müşahidə olunacaq hava proqnozu açıqlanıb

Azərbaycanda bazar günü müşahidə olunacaq hava proqnozu açıqlanıb Gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir
Ekologiya
14 Fevral , 2015 13:05
Azərbaycanda bazar günü müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 14 fevral. REPORT.AZ/ Fevralın 15-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 2-4, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycan rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq dağətəyi rayonlarda suluqar, qar yağacağı gözlənilir. Gündüz bəzi rayonlarda yağıntının tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5 dərəcə isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0 dərəcədən 5 dərəcəyə qədər isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi