Ruslar arasında keçirilən "Ən yaxşı yazıçı kimdir" sorğusunun nəticələri açıqlanıb

Ruslar arasında keçirilən "Ən yaxşı yazıçı kimdir" sorğusunun nəticələri açıqlanıb Rəyi soruşulanların 45%-i Lev Tolstoyun adını çəkib
Ədəbiyyat
2 Mart , 2016 15:50
Ruslar arasında keçirilən Ən yaxşı yazıçı kimdir sorğusunun nəticələri açıqlanıb

Bakı. 2 mart. REPORT.AZ/ Martın 3-ü Ümumdünya Yazıçılar Günüdür. Bu münasibətlə Rusiyada internet istifadəçiləri arasında sorğu keçirilib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, aparılan sorğunun nəticələrinə görə, Lev Tolstoy və Fyodor Dostoyevski Rusiyanın iki ən yaxşı yazıçısı elan edilib.

Sorğuda 1,6 min rusiyalı oxucu iştirak edib. Rəyi soruşulanların 45%-i Lev Tolstoyu, 23%-i isə Fyodor Dostoyevskini ən yaxşı yazıçı hesab edib.

3-cü yerin qalibi 18%-lə Anton Çexov olub. Rəyi soruşulanların 1%-i ən yaxşı yazıçı kimi A.S.Puşkinin adını çəkib.

Siyahıda 13%-lə Nikolay Qoqol və Mixail Şoloxov, 11%-lə Mixail Bulqakov, 9%-lə isə İvan Turgenevin adları qeyd edilib.

Siyahıda ən az adıçəkilən yazıçı 7%-lə Maksim Qorki və Mixail Lermontov olub.

Respondentlərin bir hissəsi bu sıyahıya Aleksandr Soljenitsin, Aleksandr Kuprin, İvan Bunin, Nikolay Nekrasov, Darya Donsova, Boris Akunin, Aleksandr Qriboyedov, Aleksandr Osrtovski, Vladimir Nabokov, Valentina Pikulya, Konstantin Simonov, Aleksey Tolstoy və başqalarının da adını əlavə edib. 

Son xəbərlər

Orphus sistemi